Gündəm

2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər

Fransanın paytaxtı Paris şəhərinin meri Ann İdalqo 2020-ci ildə ictimai nəqliyyatdan istifadəni pulsuz etmək niyyətindədir.

AvtoReyd.Az xəbər verir ki, A.İdalqo bu barədə «Echo» qəzetinə müsahibəsində deyib.

O, qeyd edib ki, 2018-ci ilin yayına kimi bütün şəhər ərazisində pulsuz ictimai nəqliyyatın iqtisadi modelini öyrənmək və müzakirə etmək niyyətindədir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərar 2020-ci ildə qabul oluna bilər.

«Echo» qəzetinin məlumatına əsasən, martın 20-si şəhər meriyasında 220 min yaşlı parisliyə pulsuz gediş biletinin verilməsi təklifi üzrə səsvermə keçiriləcək. (trend)

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again