Maraqlı

“Android”lərdə yeni virus yayılıb

Smartfon istifadəçilərinə qarşı yeni virus hücumu qeydə alınıb. “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular dinlənilir.

AvtoReyd.Az ICTnews-a istinadən xəbər verir ki, “RedDrop” adlı zərərli proqram gizlicə ətrafda istifadə olunan bütün qurğuların informasiyasını diktofona yazaraq onları fayl mübadiləsi servisinə göndərir.

Bundan başqa, virus istifadəçini pullu mobil servislərə abunə edir, eləcə də qurğuya digər viruslar quraşdıra bilir.

Məlumata görə, artıq 50-dən çox mobil əlavə, o cümlədən qrafik redaktorlar, kalkulyatorlar, əyləncə və təhsil proqramları “RedDrop” virusuna yoluxub. Virusdan mühafizə sistemi, hələ ki, mövcud deyil, çünki o, “sıfır günü” (Zero Day) boşluğu vasitəsilə işləyir. Mütəxəssislər tərəfindən əlavələrin rəsmi mağazalardan yüklənməsi tövsiyə olunur. Yalnız bu, yoluxmadan yayınmağa kömək edə bilər.

/Qafqazinfo

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again