Avtoreyd.Az Avtoxəbər Bu ilin iyulunda Dubayda uçan taksilər fəaliyyətə başlayacaq-VİDEO

Bu ilin iyulunda Dubayda uçan taksilər fəaliyyətə başlayacaq-VİDEO


Çinin Ehang şirkətinin istehsal etdiyi dronlar pilotsuz, bir yerlik olacaq. Bu barədə CNN Dubayın Yol və Nəqliyyat Qurumuna istinadla məlumat yayıb.
Elektrik mühərriki ilə çalışan dronları artıq şəhərdən kənarda – səhrada sınaqdan keçirilərkən görənlər olub.
Hələlik layihənin detalları ictimaiyyətə tam açıqlanmayıb. Dubayın bu futuristik layihəsi özü hərəkət edən müxtəlif növ nəqliyyat vasitələrinə geniş meydan vermək planının tərkib hissəsidir.
2030-cu ilə qədər Dubaydakı bütün nəqliyyat vasitələrinin dörddə birinin sürücüsüz maşın və pilotsuz dron olması planlaşdırılır.
Dronlar 100 kiloqrama qədər yük qaldıra biləcək. Yəni bir sərnişin və onun əl baqajını.
Sərnişin şəhərdə getmək istədiyi yeri özü smart monitorda seçə biləcək. 8 propellerli dron saatda 100 km. sürətilə uçacaq.
Düzdür, başqaları yerdə, yollarda tıxaca düşən vaxt dron taksiyə minənlər asanlıqla mənzil başına çatacaq.
Amma batareya 30 dəqiqəyə boşalır, ona görə də dronlardan uzaq məsafələrə uçmaq üçün istifadə etmək mümkün olmayacaq.
Marşrutlar və uçuş yerdəki idarəetmə mərkəzindən izlənəcək.

Related Post

Apple şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verilibApple şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verilib

ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Apple şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verib. AvtoReyd.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Kaliforniyanın Nəqliyyat vasitələri departamentinin saytında məlumat yerləşdirilib. Saytda aprelin

K5 ailəsinin kamazlarının birinci partiyası sentyabrda buraxılacaq (Video+Foto)K5 ailəsinin kamazlarının birinci partiyası sentyabrda buraxılacaq (Video+Foto)

AvtoReyd.Az Rusiya KİV-nə istinadən bildirir ki,K5 ailəsinin kamazlarının birinci partiyasının buraxılışı 2018-ci ilin sentyabrında gözlənilir, bunu şirkətinin mətbuat xidmətindən bildiriblər. Onun tərkibinə 54901 indeksli iyirmi yük avtomobili daxilidir.İndiki mərhələdə artıq yeni