Avtoreyd.Az Avtoxəbər Bu ilin iyulunda Dubayda uçan taksilər fəaliyyətə başlayacaq-VİDEO

Bu ilin iyulunda Dubayda uçan taksilər fəaliyyətə başlayacaq-VİDEO


Çinin Ehang şirkətinin istehsal etdiyi dronlar pilotsuz, bir yerlik olacaq. Bu barədə CNN Dubayın Yol və Nəqliyyat Qurumuna istinadla məlumat yayıb.
Elektrik mühərriki ilə çalışan dronları artıq şəhərdən kənarda – səhrada sınaqdan keçirilərkən görənlər olub.
Hələlik layihənin detalları ictimaiyyətə tam açıqlanmayıb. Dubayın bu futuristik layihəsi özü hərəkət edən müxtəlif növ nəqliyyat vasitələrinə geniş meydan vermək planının tərkib hissəsidir.
2030-cu ilə qədər Dubaydakı bütün nəqliyyat vasitələrinin dörddə birinin sürücüsüz maşın və pilotsuz dron olması planlaşdırılır.
Dronlar 100 kiloqrama qədər yük qaldıra biləcək. Yəni bir sərnişin və onun əl baqajını.
Sərnişin şəhərdə getmək istədiyi yeri özü smart monitorda seçə biləcək. 8 propellerli dron saatda 100 km. sürətilə uçacaq.
Düzdür, başqaları yerdə, yollarda tıxaca düşən vaxt dron taksiyə minənlər asanlıqla mənzil başına çatacaq.
Amma batareya 30 dəqiqəyə boşalır, ona görə də dronlardan uzaq məsafələrə uçmaq üçün istifadə etmək mümkün olmayacaq.
Marşrutlar və uçuş yerdəki idarəetmə mərkəzindən izlənəcək.

Related Post

Sürücülərin nəzərinə! Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaqSürücülərin nəzərinə! Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq

  “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, anoloji

Kamil Zeynallının sükan arxasında bu görüntüləri rekord qırır – VİDEOKamil Zeynallının sükan arxasında bu görüntüləri rekord qırır – VİDEO

Tanınmış idmançı Kamil Zeynallı “İnstaqram” hesabında maraqlı görüntülər paylaşıb. AvtoReyd.Az xəbər verir ki, idmançı sükan arxasında  təhlükəsizlik kəməri taxmadan,ara sıra sükanı buraxaraq mahni oxuyur.Kimin üçün maraqlı,kimin üçün isə,təhlükəli hərəkətləri ilə diqqət çəkib.Görəsən