Avtoreyd.Az Avtoxəbər Təqibetmə əməliyyatı

Təqibetmə əməliyyatı


Hadisə Baki Ələt magistralında Qaradağ postunu keçəndən sonra qeydə alınıb.Gördüyünüz kimi iki DYP-ekipaji yük avtomobilini təqib edir.Qanun belə nəqliyyat vasitəsini yalnız 2 halda təqib etməyə icazə verir: 1) nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda; 2) nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda.

Digər hər hansı vəziyyət, o cümlədən sürücünün törətdiyi heç bir inzibati xəta (yəni adi qayda pozuntuları: svetoforun göstərişinə tabe olmama, sürət rejimini, ötmə qaydalarını pozma, qoşa xətti tapdalama və s.), hətta real qəzaya gətirəcək təhlükəli manevrlər edilmədiyi halda sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə də təqib üçün əsas ola bilməz. Belə hallarda dayanma barədə göstəriş vermiş DYP əməkdaşı qanunvericiliyə uyğun raport tərtib etməli və onun əsasında tabe olmayan sürücünün inzibati məsuliyyətə cəlb edilməsi təmin olunmalıdır.

Related Post

Apple şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verilibApple şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verilib

ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Apple şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verib. AvtoReyd.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Kaliforniyanın Nəqliyyat vasitələri departamentinin saytında məlumat yerləşdirilib. Saytda aprelin