Avtoreyd.Az Dörd çarx 110-luq yolda 101-lə radara düşənlər var – Üç nəfərə protokol yazılıb – VİDEO

110-luq yolda 101-lə radara düşənlər var – Üç nəfərə protokol yazılıb – VİDEO


Saatda 110 km. sürət həddi göstərilən yolda sakinlər aşağı sürətlə radara düşüblər. Buna görə də onlara protokol göndərilib. Maraqlı maqam ondadır ki, protokolda radar olan ərazi magistral yolun 209 km-yi göstərilib. Ancaq radar yolun 211-ci km-də yerləşir.

Xezerxeber.az-ın məlumatına görə, sürücülərdən biri 101, o biri 104, digəri isə 105 km/ saatla radara düşüblər. Həmin yolda sürət həddi isə 110 km/ saatdır.

Sürücülərin iddia etdiyi yol Bakı-Qazax yolunun 211 -ci km-liyi Ucar rayon ərazisidir. Ucar rayon Şilyan kənd sakinləri Kamil Əhmədov, Şamo Həsənov və Rusif Əliyev Ucardan Bakı istiqamətində hərəkətdə olarkən radara düşüblər.

Daha bir maraqlı maqam isə protokolda radar olan ərazinin magistral yolun 209 km-yi göstərilsə də, hazırda radar 211-ci km-də yerləşir. Radara düşən hər bir sürücünün ünvanına protokol gələrək onlar cərimə edilib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu texniki səhvdən əlavə sürət həddinin göstəriləndən aşağı olması səbəbindən də baş verə bilər. Ona görə də həmin sürücülər dyp.gov.az saytının şikayətlər bölməsinə yazmalıdır. Məsələ araşdırıldıqdan sonra onlara cavab məktubu göndəriləcək. Protokol hansısa bir texniki səhv ucbatından göndərilibsə, ləğv olunacaq.

Related Post

Qaraçuxur qəsəbəsində Etibar Bəkirov küçəsi yenidən qurulur- VİDEO / FOTOQaraçuxur qəsəbəsində Etibar Bəkirov küçəsi yenidən qurulur- VİDEO / FOTO

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə,Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. Yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə sözügedən küçənin