Sumqayıtda avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər ölüb.
“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində şəhər sakini İsrail Fərəcullayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sərnişini Rövşən Yusifli hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.