Avtoreyd.Az Gündəm Avtobusun qapıları açıq şəkildə sərnişin daşıyır – VİDEO

Avtobusun qapıları açıq şəkildə sərnişin daşıyır – VİDEO


Avtobusu qapısı açıq vəziyyətdə idarə edir. Sərnişinlər həm arxa, həm də ön qapıdan sallaşaraq dayanıblar. Belə vəziyyətdə isə onlar hər an yıxıla bilərlər.

Görüntüləri elə qapıdan sallanan sərnişinlərdən biri tərəfindən qeydə alınıb.

Avtoreyd.az Xezerxebere istinadən məlumat verir ki, Abşeron rayonun Digah qəsəbəsi istiqamətinə hərəkət edən 147 saylı sərnişin avtobusunun sürücüsü qayda pozuntusuna yol verib. Özü də sərnişinlərin həyatını təhlükəyə atmaqla.

Digər oxşar görüntülər isə Qaradağ rayonu Lökbatan qəsəbəsi istiqamətinə hərəkət edən 124 saylı avtobusda qeydə alınıb. Arxadan hərəkət edən bir minik avtomobilindən çəkilən kadrlarda sürücü artıq sərnişin götürdüyündən avtobusun sağ tərəfi tamamilə əyilib.Bununla yanaşı, avtobusun hansı marşurt xəttinə aid olduğu göstərən məlumatverici löhfədə aydın görsənmir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Xəzər Xəbər”ə bildirib ki, qeyd edilən marşut xətlərinin sahibkarlarına xəbardarlıq edilib.Bununla yanaşı, bu işdə təkcə Bakı Nəqliyyat Agentliyi yox, həm də Yol Polisi əməkdaşları maraqlı olmalıdır. Çünki avtobusda sərnişinlərin normadan artıq olması faktına Yol Patrul Xidmətinin əməkdaşları nəzarət edir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə “Xəzər Xəbər”ə bildirdi ki, ilin əvvəlindən martın 25-ə kimi ümumilikdə 764 sürücü barəsinə inzibati protokol tərtib olunub. Onlar arasında müxtəlif qayda pozuntuları törədən sürücülər yanaşı, avtobusun qapısı açıq vəziyyətdə idarə edən sürücülər də olub.

Qeyd edək ki, qayda pozan belə sürücüləri 60 manat və 3 bal cərimə gözləyir.

Related Post