Avtoreyd.Az Hadisə Bakıda qadın sürücü avtomobillə piyadanı vuraraq öldürüb

Bakıda qadın sürücü avtomobillə piyadanı vuraraq öldürüb


Bakıda üç gün əvvəl maşınla vurulan piyada xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 25-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Günel Dəniz idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Ramin Əkbərovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada martın 28-də orada ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Related Post