Bakıda üç gün əvvəl maşınla vurulan piyada xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 25-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Günel Dəniz idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Ramin Əkbərovu vurub.
Xəstəxanaya yerləşdirilən piyada martın 28-də orada ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.