Avtoreyd.Az Avtoxəbər Cəmi bir günə ərsəyə gələn motorlu velosipedin sürəti saatda 60 km təşkil edir- VİDEO

Cəmi bir günə ərsəyə gələn motorlu velosipedin sürəti saatda 60 km təşkil edir- VİDEO


Ağstafa sakini velosipedə mühərrik quraşdırıb. Cəmi bir günə ərsəyə gələn motorlu velosipedin kifayət qədər sürəti var.

Avtoreyd.az Xezerxebere istinadən məlumat verir ki, velosiped 1 litr benzinlə 40 km yol gedir.

Velosipedin pedalı yoxdur, əvəzində mühərrik quraşdırılıb.

Maraqlı ideya Ağstafanın Köçəskər kənd sakini Rəhman Quliyevə məxsusdur. İstifadə etdiyi velosipedin pedallarını sökərək, əvəzində odun kəsən mişar motoru yerləşdirən Rəhman Quliyev minik vasitəsini indi bu cür idarə edir. 27 yaşlı gənc deyir ki, velosipedə mühərrikin quraşdırılmasına cəmi 1 gün vaxt sərf edib. Minik vasitəsinin hərəkətə gətirilməsi üçün ona karbirator, benzin çəni və lazım olan digər avadanlıqlar da əlavə olunub.

Sahibinin dediyinə görə, velosiped saatda 60 km. sürətlə hərəkət edə bilir. 1 litr benzinlə 30-40 km-ə qədər yol qət etmək mümkündür.

O,velosipedi təkmilləşdirmək niyyətindədir.

Rəhman Quliyev təxminən 100 manata başa gələn mühərrikli velospedin alıcısı olarsa, düzəldib satmağı da nəzərdə tutur.

Related Post

SOCAR maşınlara avadanlıq quraşdırıb, sıxılmış qaz satacaq – QƏNAƏT – VİDEOSOCAR maşınlara avadanlıq quraşdırıb, sıxılmış qaz satacaq – QƏNAƏT – VİDEO

Azərbaycanda sıxılmış qazın pərakəndə satışına başlanılacaq. Xezerxeber.az-ın məlumatına görə, artıq avtomobillərə quraşdırmaq üçün xüsusi qurğuların sifarişinə başlanılıb. Bütün dünyada geniş tətbiq edilən sıxılmış qazla işləyən avtomobillərə tələbat böyükdür. Ölkəmizdə də