Avtoreyd.Az Avtoxəbər Nikah şəhadətnaməsi həm də etibarnaməni əvəz edir – Qadın ərinin maşınını etibarnaməsiz idarə edə bilər – VİDEO

Nikah şəhadətnaməsi həm də etibarnaməni əvəz edir – Qadın ərinin maşınını etibarnaməsiz idarə edə bilər – VİDEO


Nikah şəhadətnaməsi həm də etibarnamədir.

Avtoreyd.az-in Xezerxebere-a istinadən verdiyi məlumatına görə etibarnəmə olmadan həyat yoldaşının avtomobilini idarə etmək olar.

Amma bunun üçün gərək cütlüyün nikah şəhadətnaməsi ola. Yəni yol polisinə sürücülük vəsiqəsi ilə yanaşı, nikah şəhadətnaməsini təqdim etmək kifayət edir.

Ancaq insanların əksəriyyəti belə bir qaydadan xəbərsizdilər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, qanunda belə bir qayda var. Daşınan və daşınmaz əmlak ərlə arvadın birgə mülkiyyəti hesab edilir. Ona görə də qadın həyat yoldaşının avtomobilini onun icazəsi olmadan da idarə edə bilər.

Bəs qadın həmin avtomobillə qaydaları pozarsa necə,protokol belə olduqda kimə yazılır?

Fərq etməz qaydanı kim pozub, istənilən halda ödəniləcək cərimə ailə büdcəsindən çıxacaq.

Related Post

Bazarda keyfiyyətsiz akkumlyatorlar var: Bəs keyfiyyətli akkumlyatoru necə seçməli? – VİDEOBazarda keyfiyyətsiz akkumlyatorlar var: Bəs keyfiyyətli akkumlyatoru necə seçməli? – VİDEO

Avtomobil sahibləri bazarda keyfiyyətsiz akkumlyatorların olmasından və seçim etməkdə çətinlik çəkdiklərindən şikayətçidirlər. Xezerxeber.az məlumat verir ki, sürücülər öncədən aldıqları akkumlyatorların daha çox işlədiyini deyirlər. Hazırda bazara gətirilən və satılan akkumlyatorların