Masallıda 22 saylı marşrut xəttində fəaliyyət göstərən bütün avtobusların akkumulyatorları oğurlanıb.
Bunu APA-nın yerli bürosuna həmin avtobuslardan birinin sürücüsü Röyal Həsənov bildirib.
Səhər saatlarında işə çıxan sürücülər avtobus dayanacağında Masallı-Boradigah marşrutunda fəaliyyət göstərən 9 avtobusun hamısının akkumulyatorunun oğurlandığını görüblər. Dəyən zərərin miqdarı ümumilikdə 1350 manatdır.
Masallı rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.