Alimlər bildiriblər ki, insanların başı üstündən uçan təyyarələr təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Çünki hava nəqliyyatı ikinci tip şəkərli diabetinin inkişafına təsir edir.

Xüsusi tədqiqatlar nəticəsində elm adamları müəyyən ediblər ki, başları üzərindən uçan təyyarələrə görə insanlar, diabetlə xəstələnə bilərlər.

Mütəxəssislərin fikrincə, hava limanları  və ya enmə zolaqları ərazisinə yaxın yerlərdə yaşayan şəxslər, daha çox özlərini diabet xəstəliyinə tutulmağa məruz qoyurlar.

Təyyarələr yaşayış evlərinin üstündən nə qədər daha çox uçarsa, həmin yerlərdə yaşayanlarda ikinci tip diabetlə xəstələnmək riski 86% daha çoxdur. Son məlumatlara əsasən, diabet xəstəliyinə tutulmanın  əsas səbəbi, əvvəllər güman edildiyi kimi təyyarənin havanı çirkləndirməsi yox, onun saldığı  səs-küydür.

İnsan orqanizmindəki metabolik proseslərə dağıdıcı təsirin səbəbi, məhz uçan təyyarələrin saldığı səs-küydür. Hansı ki, qanda şəkərin səviyyəsini yüksəldir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.