Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.
Sinoptiklərin məlumatına görə, havanın temperaturunun gecə 5-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.