Avtoreyd.Az Avtoxəbər Çinli Jionq Jian amfibiya-avtomobil yaradıb-(video)

Çinli Jionq Jian amfibiya-avtomobil yaradıb-(video)

| | 0 Comments | 21:11

 

http://www.youtube.com/watch?v=AcVbKN67u5E

Çin vətəndaşı Jionq Jian şəxsi qarajında amfibiya-avtomobil yığıb.  Həmin nəqliyyat vasitəsinin köməyi ilə o, daşqınlardan xilas olmağa hazırlaşır. Bu haqda Ruptly TV xəbər verib.

Amfibiya-avtomobilin ixtiraçısı Çinin mərkəzi hissəsində, yağış mövsümü zamanı  tez-tez sahillərindən çıxan çayın yaxınlığında  yaşayır. Lakin o da qeyd olunur ki, çinli avtomobillə həmçinin peşəkar maraq baxımından məşğul olub. 20 il  mexanik kimi çalışan Jian, bu  illər ərzində avtomobil-qayıq yığmağa dəfələrlə cəhdlər edib.

O, deyib ki, əvvəlki sınaqlar zamanı avtomobilin mühərriki tez-tez suyla dolduğundan, onu amfibiya-avtomobilin arxa hissəsinə yerləşdirmək  qərarına gəlib.  Mühərrik  faktiki olaraq, arxa  oturacaqların yerinə yerləşdirilməklə bərabər, yük yerinin bir hissəsini də tutur.

Amfibiya-avtomobili yaratmaq üçün o, minivenin sökülmüş hissələrindən istifadə edib. Jionq Jianın sözlərinə görə onun  “kateri” dörd nəfər sərnişin daşıya bilər və su üzərində saatda sürəti  32 kilometr artırmağa qadirdir. Bununla belə, amfibiya-avtomobil  tamamilə idarə olunur və arxaya doğru da hərəkət  edə bilir.

Çinli gələcək planlarında “katerinin” sürətini su üzərində maksimal səviyyəyə yəni saatda 40 kilometrə qədər artırmağı düşünür.

 

Related Post