Avtoreyd.Az Avtoxəbər Yusif Səfərov küçəsinin nə vaxt açılacağı bilindi

Yusif Səfərov küçəsinin nə vaxt açılacağı bilindi


Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1250 metrlik hissədə təmir işləri başa çatmaq üzrədir.

“Avtoreyd” xəbər verir ki, bu barədə  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək yeni asfalt örtüyü döşənir. Ümumilikdə küçənin 25 min kvadratmetr sahəsi asfaltlanacaq.

A.Nəcəfli bildirib ki, asfaltlama işləri artıq yekunlaşmaq üzrədir. Ərazidə yol-cizgi və yol-göstərici xətlər çəkiləcək, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Yolda təmir işləri həftənin sonuna qədər yekunlaşacaq və yeni yol sürücülərin istifadəsinə veriləcək.

Related Post

Tyunerlər Lada Xray-in üzərində çalışaraq onu güclü audiosistemlə təhciz edilmiş yolsuzluq avtomobilinə çevirib(foto)Tyunerlər Lada Xray-in üzərində çalışaraq onu güclü audiosistemlə təhciz edilmiş yolsuzluq avtomobilinə çevirib(foto)

Rusiyanın Sankt-Peterburq şəhərində əsaslanan İntey firması artıq neçə ildir ki, multimedia həvəskarlarını öz orijinal işləriylə sevindirir. Bu dəfə “İntey Tuning” mütəxəssisləri Lada XRay üzərində çalışıblar. Tyunerlər tərəfindən işlənmiş Lada Xray-in