Almaniyada 8 milyon yarım avroya Stalinin əntiq ZİS-ni satışa çıxarıblar. Bunu manata çevirsək, təsəvvür edin ki,bu məbləğə nə qədər müasir avtomobil almaq olar!!! Sovet istehsalı olan avtomobilin satışı haqda elana alman onlayn-hərraclarından birində rast gəlinib.Əntiq avtomobil satıcısının sözlərinə görə, bu avtomobil məhz Stalinin özünə, 1960-cı ildən isə keçmiş SSRİ-nin əməkdar artislərindən birinə xidmət edib.Aktrisanın adı açıqlanmasa da,Stalinin bu avtomobildən istifadə etməsi barədə heç bir sübut yoxdur.
Şəkillərə əsasən 1946-cı il istehsalı olan avtomobil yaxşı vəziyyətdədir.Göründüyü kimi, 8 550 000 avro dəyərində satışa çıxarılan avtomobilin kosmik qiyməti bu səbəbdən ortaya çıxır.
Həmçinin o da məlumdur ki, Stalin ZİS-in təkmilləşdirilmiş zirehli versiyasında – 115 və ya 110S ola-ola, standart 110 modeldə hərəkət etmirdi. Amma qeyd etməyə dəyər ki, yaxşı vəziyyətdə olan belə modeli indi həqiqətən haradan əldə etmək olar?
ZİS-110-da kapotun altında 6,0-litrlik və səkkiz silindirli mühərrik var.140 at gücünə malik ZİS-in cəkisi isə 2.5 tondan artıqdır.