Avtoreyd.Az Gündəm Cərimələnən “Təcili yardım”ın işinə baxıldı – Cərimə ləğv olunacaq – VİDEO

Cərimələnən “Təcili yardım”ın işinə baxıldı – Cərimə ləğv olunacaq – VİDEO


Xəstəni həkimə çatdırmaq üçün Təcili yardım maşınını sürətlə idarə etdiyi üçün cərimə olunan sürücü haqqında rayon polis şöbəsinin yol polisi bölməsinə izahat verilib.

Rayon yol polisi bölməsindən bildirilib ki, sürücüsü Rüfət Hüseynov başına gələnlər haqqında ətraflı məlumat verib. Rayon yol polisi bölməsinin rəisi Namiq Qəmbərovun “Xəzər Xəbər”ə açıqlamasına görə müəyyən olunub ki, Təcili yardım maşını ilə xəstə aparılarkən tələblər yerinə yetirilib və avtomobilin sayrışan işıqları yandırılıb. Buna görə də tətbiq olunan cərimə ləğv ediləcək.

Qeyd edək ki, sürət həddini aşdığına görə Ağdaş rayon təcili tibbi yardım stansiyasının sürücüsü Rüfət Hüseynov 310 manatlıq cərimə protokolu göndərilmişdi.

Related Post

Narazılıqlar və çətinliklər yaratmış bu daşıyıcı dəyişdirilib (Foto)Narazılıqlar və çətinliklər yaratmış bu daşıyıcı dəyişdirilib (Foto)

32 nömrəli (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib.Bu barədə AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Hazırda marşrutun müvəqqəti istismarını həyata

Sürücülərin nəzərinə:Bu yolda hərəkət məhdudlaşdırılır …Sürücülərin nəzərinə:Bu yolda hərəkət məhdudlaşdırılır …

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən AvtoReyd.Az-a verilən məlumata görə,Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 30 aprel 2018-ci