Çinin Şandun əyalətinin Tszıbo şəhərindən olan Ye Vey adlı şəxs cinsiyyət orqanlarının möhkəmliyini sınaqdan keçirib. Belə ki, o, öz qabiliyyətini müəyyən çəkiyə malik yeddi Audi markalı avtomobili yerindən tərpətməklə göstərib.
Çinli pəhləvan 30 ildən çoxdur ki, şəxsi metodikası üzrə döyüş sənətini təcrübədən keçirir. Ye Vey ilk dəfə cinsiyyət orqanları ilə çəkisi 12,5 ton olan avtomobili səkkiz metr məsafəyə qədər çəkə bilib. Bu dəfə isə o, öz bacarığını yeddi avtomobili eyni anda çəkməklə sınaqdan keçirdib.
Çinlinin bu çıxışı çoxsaylı tamaşaçı və jurnalistlərin şahidliyi ilə video vasitəsi ilə qeydə alınıb.
Döyüş sənəti üzrə usta qeyd edib ki, şəxsi rekordunun nümayişinə çoxillik məşqlər sayəsində bərkimiş orqanizminin hüdudsuz imkanlarını göstərmək üçün qərar verib.
Ye Vey qeyd edib ki, onun gücü onurğasında, çanaq sümüyündə və “xarici böyrəklərində” cəmlənib.
Onun bu orijinal rekordunun rəsmi olaraq təsdiqlənməsi haqda isə hələ ki, heç bir məlumat yoxdur.