Son bir neçə il ara məsafəsinin saniyələrlə ölçülməsi qəbul edilib. Çoxları üçün bu anlaşılmazdır. Ara məsafəsinin metrlə, avtomobilin korpusu ilə və s. parametrlərə görə müəyyən edilməsi hər kəsə aydındır amma saniyələrlə ölçmə bir qədər anlaşılmazdır. Əslində hər şey çox sadədir: irəlidə gedən avtomobilin arxa buferini hər hansı oriyentir kimi (sütun, yolun hərəkət hissəsinin kənarı və s.) götürərək hesablamağa başlayırıq: 121, 122, 123 …. Avtomobilimizin qabaq buferi oriyentirə çatan kimi hesablamanı dayandırırıq.Hərəkətin sürəti distansiyanın saniyələrlə ölçülməsindən asılıdır.
Ara məsafəsi nə zaman təhlükəsiz hesab olunur? Bizdə, 2 saniyə, üstə gəl hər təhlükəli amilə görə (günün vaxtı, yoldakı vəziyyət, sürücünün durumu və s.) bir saniyə qəbul edilib. Mən, təhlükəsiz ara məsafəsi üçün vaxtın 2 saniyə müəyyən edilməsi ilə razı deyiləm.
Yaxşı, əgər irəlidə gedən avtomobilin tormoz yolu bizim yolla müqayisədə çox azdırsa və ya bizim avtomobilin təkərlərinin yer örtüyü ilə təmas əmsalı aşağıdırsa? Onda, mütləq yol-nəqliyyat hadisəsi qaçılmazdır. Beləliklə, 2 saniyə baxımından distansiya təhlükəsiz hesab edilə bilməz. Ən yaxşı orientir üçün 3 saniyə, üstə gəl hər əlverişsiz amilə görə də bir saniyə götürməyiniz tövsiyə olunur.