Cari ilin aprel ayının 5-də xalq arasında NİVA kimi tanınan əfsanəvi yolsuzluq avtomobilinin istehsal olunmasının 40 ili tamam olub. Avtomobilin yubileyinə AvtoVaz xüsusi komplektasiyasılı Lada 4×4 hazırlayaraq, ona 40 Anniversary adı verib.
Lada-nın 40 illiyinə həsr edilmiş yeni 4×4 versiyası adidən zahirən kuzovun yeni eksklüziv rəngi, qabaq qanadda və yük yerinin qapağında xüsusi “40 Anniversary” yazısı ilə, həmçinin Pirelli-nin təkəri ilə təhciz olunmuş yeni dizaynlı tökmə diskləri ilə fərqlənəcək.
Xüsusi buraxılışın interyeri həmçinin başqa işləməylə fərqlənəcək. Lada 4×4 40 Anniversary-nin salonunda oturacaqların dəri işləməsini,qapı panellərində yeni yerləşdirmələr,sükan təkərinin dəri işləməsini, modelin adıyla kəndarlara qoyulmalar, xüsusi seriyada xalçalarin üzərində naxışla tikilmiş loqotipi,həmçinin yeni nişanla və narıncı cədvəllə fərqlənən yeni cihaz paneli ilə təhciz edilib.
Yolsuzluq avtomobilində texniki hissə üzrə heç bir dəyişiklik olunmayıb. Avtomobil əvvəlki kimi benzinlə çalışan və 87 at gücünə malik mühərriklə təchiz olunub.Beş pilləli mexaniki ötürmə qutusu və iki pilləli paylaşdırma qutusuyla çalışan yeni model köhnəsindən heç nə ilə fərqlənmir.
AvtoVaz 1977 avtomobil buraxmağı planlaşdırır. Vaz-2121-in ilk seriyalı nümunəsi 5 aprel 1977-ci ildə VAZ konveyerindən çıxıb.1978-ci ildə VAZ-2121 qızıl medala layiq görülüb və beynəlxalq Brno sərgisində öz sinfinin ən yaxşı avtomobili kimi qəbul edilib.Avtomobilin satış tarixi və qiyməti haqda hələlik heç bir məlumat verilməyib.