Avtoreyd.Az Gündəm Azərbaycan velosipedçisi “Tour de Maroc” yarışının qalibi olub

Azərbaycan velosipedçisi “Tour de Maroc” yarışının qalibi olub


 

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Mərakeşdə təşkil olunan “Tour de Maroc” yarışına uğurla başlayıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından “Report”a verilən məlumata görə, yarışın ilk mərhələsi milli komandanın üzvü Kiril Pozdnyakovun qələbəsi ilə yekunlaşıb.

148,7 km məsafəni hamıdan tez – 3 saat, 31 dəqiqə, 51 saniyəyə başa vuran K. Pozdnyakov ən yaxın izləyicisini 13 saniyə qabaqlamaqla “solo-finiş” edib. İlk mərhələdəki qalibiyyət velosipedçini həm də ümumi təsnifatın lideri edib. O, həmçinin sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib.

İlk mərhələni “20-lik”də başa vuran velosipedçilər arasında “Synergy Baku”nun daha 2 üzvü var. Elçin Əsədov 9-cu, Yosip Rumaç 14-cü olub.

10 gün davam edəcək “Tour de Maroc” “Synergy Baku” üçün 3–7 mayda keçiriləcək “Tour d’Azerbaidjan” yarışına hazırlığının əsas hissəsini təşkil edir.

Related Post

“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv ediləcək – VİDEO“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv ediləcək – VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb.

BNA və əcnəbi mütəxəssislər nəqliyyatın idarə edilməsi sahəsini müzakirə edibBNA və əcnəbi mütəxəssislər nəqliyyatın idarə edilməsi sahəsini müzakirə edib

“Müasir meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir”. Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, məqsəd, bu sahədə