Avtoreyd.Az Gündəm İtaliyada Uber qadağan edildi.

İtaliyada Uber qadağan edildi.

| | 0 Comments | 22:04

 

Roma  məhkəməsi digər  taksi xidmətlərinin qeyri-sağlam rəqabət problemiylə qarşılaşması ilə bağlı qərar qəbul edib.

The Local nəşri bildirir ki, ötən cümə günü italyan məhkəməsi Uber xidmətindən istifadəni qadağan edib. Məhkəmə bu qərarı, qanuni taksi xidmətlərinin qeyri-sağlam rəqabət problemiylə rastlaşması ilə əlaqədar qəbul edib.

Apellyasiya şikayətinin müzakirə predmetinə çevrilən qətnamədə, Roma məhkəməsi taksi həmkarlar ittifaqlarının şikayətini dəstəkləyərək, Uber-ə İtaliya ərazisində telefon proqramı əlavəsindən istifadəni dayandırmaq üçün on gün vaxt verib.

Əgər Uber məhkəmənin qərarına əməl etməsə,   hər əlavə  gün üçün şirkət  10 min avro məbləğində cərimələnə bilər. Şirkətdən məhkəmənin bu  qərarından şoka düşdüklərini və dərhal qəbul edilən qətnamə ilə bağlı şikayət ərizəsi vermək niyyətində olduqlarını bildiriblər.

Xatırladaq ki,  bir müddət əvvəl Uber Danimarkada fəaliyyətini dayandırmaq haqqında qərar qəbul edib.

Related Post

200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı…200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı…

Ötən gün Bakı qeydiyyatında olan maşınlara yeni nömrə kodunun verilməsi ilə bağlı məlumatlar yayıldı. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyevin sözlərinə görə, artıq Bakı şəhərində