Myanmada Pateyn çayında bərənin çevrilməsi nəticəsində ən azı 20 nəfər insan həlak olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Reyter agentliyinin məlumatına görə, gəminin göyərtəsində təxminən 60 nəfər olub. Bərə yük gəmisiylə toqquşduqdan sonra batıb. 27 nəfəri xilas etmək mümkün olub. Sərnişinlərin axtarışları hələ də davam edir. Qeyd edək ki, bərənin göyərtəsindəki şəxslər toya dəvət edilən qonaqlar olub.