Hadisə zamanı sərnişin qatarında təxminən 300 nəfər olub. Onlardan 200 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəza Polşanın cənubunda, Opolsk əyalətinin Ozimek şəhəri yaxınlığında baş verib. Həkimlərin sözlərinə görə, xəstəxanaya çatdırılan 18 nəfərdən 3-nün vəziyyəti ağırdır. Sərnişinlərin əksəriyyəti isə müvəqqəti olaraq yaxınlıqdakı restoranda sığınacaq tapıb.
Polşanın Yanğından Mühafizə Xidmətinin mətbuat katibi Pavel Frontçakın verdiyi məlumata görə, qəza yerinə 16 yanğınsöndürmə briqadası, həmçinin, təcili yardım avtomobilləri və helikopterlər cəlb olunub.
Hadisə baş verən yolda hərəkət dayandırılıb. Qəzanın başvermə səbəbləri polis tərəfindən araşdırlır.