Avtoreyd.Az Gündəm “Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var”

“Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var”


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov xəstəxanaya yerləşdirilib, bu barədə AzNews.az-a o özü məlumat verib. V.Əsədov bildirib ki, səhhətində yaranan nasazlıqla əlaqədar Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Mərkəzi Hospitalında müalicə alır: “Hazırda sistem altındayam. Amma əvvəlki günlərə nisbətən xeyli yaxşılaşmışam. Amma buna baxmayaraq hospitalda müalicəmi davam etdirirəm”.

Hansı xəstəliyə görə müalicə almasına gəlincə, V.Əsədov bu barədə nədənsə heç bir söz deməyib: “Əslində ciddi bir şey yoxdur. Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var. Heç bir xəstəliyim yoxdur. Sadəcə həkimlər üzərimdə profilaktik tədbirlər görürlər”.

Related Post

Bakıda hava çiskinli olacaqBakıda hava çiskinli olacaq

Azərbaycan ərazisində martın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. AvtoReyd.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu