Avtoreyd.Az Gündəm ABŞ-da təyyarədə xoşagəlməz insident (video)

ABŞ-da təyyarədə xoşagəlməz insident (video)

| | 0 Comments | 23:25

 

 

Amerikanın  United Airlines aviaşirkətinin sərnişininə  qarşı güc tətbiq edilərək, onu sürüməklə  təyyarədən bayıra çıxarıblar. Hadisənin videosunu twitter-dəki öz mikrobloqunda Tyler Bridges adlı istifadəçi yerləşdirib.

The Courier-Journal qəzetinin dəqiqləşdirdiyi məlumata əsasən, hadisə  bazar günü aprelin 9-da Çikaqoda, O’Xara beynəlxalq aeroportunda Luisvill şəhərinə (Kentukki) uçuşdan əvvəl qeydə alınıb. Sərnişinlərin hamısı içəri daxil olduqdan sonra, onlara elan olunub ki,  təyyarə  həddən artıq dolduğu üçün United Airlines-in dörd əməkdaşı üçün yer azad etmək lazımdır.

Əgər onlar bunu könüllü etməyə razılaşacaqlarsa, turistlərə adambaşına  800 dollar məbləğində kompensasiya da təklif ediblər. Lakin heç kim buna razılaşmayıb. Belə olan halda, aviaşirkətin əməkdaşları sərnişinlər arasından dörd nəfəri  seçərək, onlardan təyyarənin salonunu tərk etməyi xahiş ediblər. Sərnişinlərdən biri tələbə tabe olmaqdan imtina edib. Nəticədə, təyyarəyə daxil olan üç nəfər mühafizəçi həmin sərnişinin əllərindən tutaraq, onu sürüməklə bayıra çıxarıblar.

İlkin məlumatlara görə, həmin şəxs Luisvilə işə gedən həkim olub. Baş verən insident sərnişinlərin əksəriyyətini şoka salıb. Kentukkiyə nəzərdə tutulan reys iki saat ləngiməli olub.

http://www.youtube.com/watch?v=kgdjQvdNThk

Related Post