APA TV-nin məlumatına görə, hadisə ötən gecə Hacıqabul-Bəhrəmtəpə magistralının 16-cı kilometrliyində Sabirabad rayonunun Nizami kəndi ərazisində qeydə alınıb.
Şirvan sakini, 1980-ci il təvəllüdlü Musayev Rəşad Arif oğlunun idarə etdiyi “VAZ 21015” markalı 18 AA 237 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı 20 BT 929 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə sürücü hadisə yerində ölüb. “VAZ 21015″də olan sərnişin – Şirvan sakini, 1984-cü il təvəllüdlü Musayev Elvin Mirzağa oğlu kəllə-beyin travması ilə Şirvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Sürücünün avtomobildə sıxılmış meyiti Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə Xidmətinin xilasetmə xidməti tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.
“Jiquli” “KamAZ”la toqquşdu: iki qohumdan biri öldü
Categories: