Avtoreyd.Az Avtoxəbər Lizinqlə avtomobil aldı: BAŞINA İŞ AÇDI – VİDEO

Lizinqlə avtomobil aldı: BAŞINA İŞ AÇDI – VİDEO


Bankların məsuliyyətsizliyi haqqında müraciətlər bitib-tükənmir. Onlar vətəndaşları əldən buraxmamaq üçün hər üsula əl atırlar. Hətta bilə-bilə müştərilərin narazı qala biləcəkləri məlumatları onlardan gizlədirlər. Təsəvvür edin paytaxt sakini bankların birindən lizinq yolu ilə avtomobil alıb. Sonradan başına əlavə iş açıb. Belə ki, əvvəlki sahibinin törətdiyi qayda pozuntusuna görə protokol tərtib edilib. Həmin cərimələr ödənmədiyinə görə avtomobilə həbs qoyulub. Bank isə bu haqda vətəndaşı məlumatlandırmayıb.

Paytaxt sakini Cavad Tağızadə bankların birindən lizinq yolu ilə avtomobil alır.Bir neçə ay ödəniş etdikdən sonra bankdan ona məlumat verilib ki, avtomobilin ödənilməmiş 91 manat cəriməsi var və avtomobilə həbs qoyulub. Həmin cərimənin üzərinə hər gün faiz əlavə edilir.

Cavad Tağızadə deyir ki,həbsə səbəb olan qayda pozuntusu onun tərəfindən deyil avtomobilin əvvəlki sahibi Elmar tərəfindən və alqı-satqıdan əvvəl törədilib. Lizinq müqaviləsi bağlanarkən ona bu haqda məlumat verilməyib

Bu məsələ lizinq yolu ilə alqı-satqı aparılarkən tərəflərin məsuliyyətini gündəmə gətirir. Ekspert Anar Ramazanovun sözlərinə görə burada ən böyük məsuliyyət bankın üzərinə düşür.Mülki məcəllənin 748 və 749-cu maddələri bankların məsuliyyətini əks etdirir

Bankın bu məsuliyyətsizliyi yeni müştərinin hüququn pozulmasına səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə xəzər xəbərə bildirdi ki, yol hərəkəti haqqında qanuna əsasən cərimələr onu törədən şəxs tərəfindən, yəni indiki halda avtomobilin əvvəlki sahibi tərəfindən ödənilməlidir. Heç kəsi Cavad Tağızadədən həmin cəriməni tələb edə bilməz.Əgər cərimələr ödənmirsə, onda avtomobil cərimə meydançasına aparılmalıdır. Ona görə də Cavad Tağızadə bu haqda ona məlumat verməyən bankdan cərimənin ödənilməsini təmin etməyi tələb etməlidir.

Related Post