The Sun nəşri yazır ki, Böyük Britaniyadan olan kolleksiyaçı eBay-dan aldığı köhnə T-54 sovet tankının yanacaq bakından qızıl külçələr tapıb.
150 hərbi texnika nümunəsindən ibarət kolleksiyasını zənginləşdirən Nik Mid 30 min funt sterlinqə tank əldə edib.
Mexanik Todd Çemberlenlə birlikdə tankın içində döyüş sursatlarının qalıb-qalmadığına əmin olmaq üçün texnikanı sökərkən, yanacaq bakının qapağını açdıqda, orada beş qızıl külçə aşkarlanıb.
Ilkin hesablamara görə, onların dəyəri iki milyon funt sterlinqdən çoxdur.
Mid hesab edir ki, qızılı yanacaq çənində 1990-1991-ci illərdə Fars körfəzində müharibə zamanı Küveytdə soyğunçuluqla məşğul olan iraq əsgərləri gizlədiblər. Sonra tank ələ keçirilərək Böyük Britaniyaya göndərilib.
Midin tapdığı qızılı hökümət Londona aparmaq haqda qərar qəbul edib. Yerli polis idarəsində isə bu barədə hər hansı şərh verməkdən imtina ediblər.Mid isə bildirir ki, əgər qızılı ona qaytarmasalar belə, tank yenə də onda qalacaq.