Avtoreyd.Az Gündəm Avtomobilin pəncərələrini tərləməkdən necə qorumaq olar? Uşaq bezi ilə problemi necə həll etmək olar?

Avtomobilin pəncərələrini tərləməkdən necə qorumaq olar? Uşaq bezi ilə problemi necə həll etmək olar?

| | 0 Comments | 17:46

 

Avtomobil pərəstişkarı üçün avtomobil, ikinci ev deməkdir. Və hər kəs də istəyir ki, bu evdə hər zaman  rahatlıq olsun.

Avtomobildə yüksək rütubət, sürücülərin ürəkdən nifrət etdiyi bir problemdir.

Tərləmiş pəncərələr, oturacaq üzərindəki nəm örtüklər və ayaq altındakı yaş xalçaları görmək əsl dəhşətdir!

Biz sizə rütubəti canına hopduran ən asan vasitələrdən istifadə etməklə, məsələnin sadə yolla həllini təklif edirik. Bundan sonra sizin avtomobilinizin şüşələri həm qışda, həm də yayda şəffaf qalacaq!

Duz

Çay üçün nəzərdə tutulan kağız paketləri duz ilə dolduraraq  avtomobilin salonunda pəncərələrə yaxın bir yerə qoyun. Duzu  doldurmaq üçün adi kağızdan də zərflər düzəltmək olar. Avtomobildə duz nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Məlum olduğu kimi duz rütubəti asanlıqla canına çəkir. Yaxşı olar ki, duz tədarüklərinin əsas hissəsini avtomobilin cihaz paneli üzərində yerləşdirəsiniz. Bu, avtomobil şüşələrinin tərləməsinə qarşı əla vasitədir!

Kartof

Kartofu uzununa bir neçə hissəyə kəsin və avtomobilin şüşələrini daxildən həmin dilimlərlə sürtün. Bundan sonra şüşələri adi dəsmalla silin. Tərləməyə qarşı qoruyucu nazik nişasta pərdəsi artıq hazırdır!

Qəzet

Qəzet parçalarını cihaz panelinin üzərinə və avtomobilin arxa oturacaqlarına sərin. Havada olan rütubət dərhal qəzet vərəqlərinə hopacaq, pəncərələr də təmiz qalacaq.

Limon

Limon artıq rütubətlə mübarizədə daha bir uğurlu vasitədir. Limonu iki hissəyə bölərək, bir hissəsini avtomobilin daxildən təmiz şüşələrinə sürtün,  daha sonra onları dəsmalla parıldayana qədər silin. Heç bir tərləmə-filan olmayacaq!

Qəhvə

Kiçik dəlikli adi polietilen paketdə və ya plastik qabdakı qəhvə,təkcə  avtomobilin salonunda artıq rütubəti canına yaxşı hopduran vasitə deyil, həm də gözəl qoxulu ətirləndiricidir!

 

Təraş üçün krem

Təraş üçün kremi nazik təbəqə ilə avtomobilin salonunun pəncərələrinə çəkin. Sonra isə kağız və ya dəsmalla silin. Təraş üçün krem tərləmənin qarşısını alan maneə qatı yaradacaq.

 

Uşaq bezi

Çox güman ki, bu, bütün sadalananlar arasında ən yaxşı vasitədir. Açılmış bir neçə uşaq bezini daxildən avtomobilin müxtəlif künclərinə  yerləşdirməklə, siz salondakı rütubətdən və bulanıq nəm şüşələrdən qurtula bilərsiniz.

Akvarel kağızı

Avtomobildə ayaq altına sərilən məsaməli akvarel kağızı salondakı rütubəti əhəmiyyətli dərəcədə azaldır.

Передвижник – художественные товары

Diş məcunu

Diş məcunu avtomobilin pəncərələri üçün yaramasa da, faraların müdafiəsi üçün yaxşı vasitədir. Sadəcə məcunu  faraların səthinə çəkin  və əski ilə silin. Bunu bir neçə dəfə təkrar edin. Təmiz faralar soyuq havalarda avtomobili təhlükəsiz idarə etmək üçün ən yaxşı zəmanətdir.

 

Related Post

Sürücülərin nəzərinə!Sürücülərin nəzərinə!

Diqqət! Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq. AvtoReyd.Az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ