Avtoreyd.Az Gündəm Bakı şəhərində 950 min nəqliyyat vasitəsi var – RƏSMİ

Bakı şəhərində 950 min nəqliyyat vasitəsi var – RƏSMİ


“Atmosferi çirkləndirən nəqliyyat vasitələri arasında avtomobillərin payı 85 faizə qədərdir”.
Bunu “Report”a AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib.
Onun sözlərinə görə, nəqliyyat vasitələri cəmiyyətin fəaliyyətində zəruri mexanizmlərdən olmaqla yanaşı, xeyli problemlər yaradır: “Avtomobillərin hərəkəti zamanı yaranan tullantılar təbiətin bütün komponentlərinə, o cümlədən insan sağlamlığına mənfi təsir göstərir. Ümumiyyətylə, atmosferi çirkləndirən nəqliyyat vasitələri arasında dəniz-çay nəqliyyatının payı 5-5,3 faiz, dəmiryolu nəqliyyatı 3,7 faiz, kənd təsərrüfatı sahəsində istifadə olunan texnikaların payı isə 2,5 faiz təşkil edir. Avtomobillərin daxiliyanma mühərrikindən biosferə 260-dan artıq zərərli kimyəvi birləşmələr buraxılır. Bunun əsas hissəsi karbon, azot oksidləri, aldehidlər və s. Bunlar isə olduqca zərərli maddələrdir. Atmosferə atılan bu maddələr torpağa da çökür. Hava, torpaqda əkilən bitkilər vasitəsilə insan orqanizminə keçir”.
Şöbə müdiri deyib ki, Azərbaycanda 1,2-1,3 milyon nəqliyyat vasitəsinin təxminən 950 minə yaxını Bakıdadır: “Bu sıraya paytaxt qeydiyyatında olmayanları da aid etsək, bir milyondan çox nəqliyyat vasitəsi olur. Bunun da 80 faizə yaxını yüngül avtomobillərdir və bunlar da insanların sağlamlığını təhdid edir. Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlar Avropanın iri şəhərlərində uşaqlar arasında olan bronxial astmanın 2,6 dəfə, ümumiyyətlə, dermatitin 2,5, anadangəlmə ürək, onkoloji xəstəliklərin dəfələrlə artmasında nəqliyyat vasitələrinin böyük rol oynadığını göstərir. Nəqliyyat vasitələrinin buraxdığı tullantılar uşaqlarda allergik, nəfəs orqanları, qan dövranı, dəri, dərialtı hüceyrə xəstəliklərinin əsas mənbəyi sayılır. Hətta nəsilvermə qabiliyyətinin gerilməsinin səbəbləri arasında nəqliyyat vasitələrindən atmosferə atılan maddələrin rolu təsdiqlənir”.
Ə.Əliyev vurğulayıb ki, avtomobillərin ziyanlı cəhətlərindən biri də onların yaratdığı səs-küydür: “Şöbə tərəfindən axşam saatlarında (saat 17:00-18:00 arası) Bakı şəhərinin sıxlıq çox olan əsas yollarında, məsələn, Hüsü Hacıyev, Füzuli küçəsində, Neftçilər prospektində aparılan tədqiqatlar səsin 75-85 desibeldən çox olduğunu göstərib. Əslində isə səs 56 desibeldən yüksək olarsa, sağlamlığa ziyan vurur. Avtomobillərin istər daxliyanma mühərrikindən amosferə atılanlar, istərsə də səs-küyü Bakı şəhərində əhalinin sağlamlığına ciddi təsir edir. Nəqliyyat vasitələrinin, məskunlaşmanın azaldılması, paytaxta daxil olan avtomobillərin siqnal verməsinə qadağa qoyulması problemlərin həllinə kömək edə bilər”.

Related Post

Özündən dəfələrlə böyük yük maşını çəkir, yer şumlayır, ot biçir – Avtomobil ustası mini traktor düzəldib – VİDEOÖzündən dəfələrlə böyük yük maşını çəkir, yer şumlayır, ot biçir – Avtomobil ustası mini traktor düzəldib – VİDEO

Goranboyda avtomobil ustasi mini traktor düzəldib. Mini traktorun kotanı ilə 15 sm.-ə qədər dərinlikdə yeri şumlamaq mümkündür. Müxtəlif avtomobillərin ehtiyat hissələrindən ərsəyə gələn texnika yanacağa da qənət edir. Xezerxeber. az

Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə “Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığına yekun vurulduBaş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə “Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığına yekun vuruldu

Baş Dövlət Yol Polis İdarəsindən AvtoReyd.Az-a veilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən 2019-cu ilin sentyabr ayının 15-dən oktyabr