Göyçay rayonunda Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil qəza törədib.
“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə günorta saat 15 radələrində Bakı – Şamaxı – Yevlax magistralının Göyçay şəhəri Natavan küçəsindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon sakini 1951-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi “Opel” markalı minik maşını ilə köməkçi yoldan baş yola çıxarkən magistral yolda hərəkətdə olan Göyçay Rayon Polis Şöbəsinin DYP bölməsinə məxsus, YPX əməkdaşı Elman Əliyevin idarə etdiyi “BMW” markalı, 99-YP-621 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.