Avtoreyd.Az Gündəm Sığorta haqda nə bilirik?

Sığorta haqda nə bilirik?


 

Sığorta tarixi:

Sığorta işinin təşkilinin ən qədim dövrlərdə nümunəsi kimi Hammurapi (e.ə. 1760-cı ildə) qanunlarında təsbit olunmuş müddəalar göstərilə bilər. Burada çarvadarlarla tacirlər arasındakı sövdələşmə qaydaları əks olunmuşdu, yəni ticarət malları daşınarkən, dəvə karvanına quldur basqınları və yaxud yük daşıyan dəvələrin tələf olması zamanı zərərin birgə ödənilməsi haqqında çarvadarlar və tacirlər arasında ümumi razılığın əldə olunması qaydalarını əks etdirən müddəalar var idi.

Sığorta əməliyyatlarının kommersiya xarakteri alması XIV əsrdə
İtaliyada dəniz yolu ilə daşınan ticarət yüklərinin sığortalanması prosedurlarının müəyyənləşdirilməsi ilə əlaqələndirilir. Həmin dövrdə dənizdə gəmilərlə yükləri daşınan tacirlər tamamilə və yaxud  qismən böyük itkilərlə üzləşmək risklərindən sığortalanır dılar. Maklerlərlə nəqliyyatçılar arasındakı kommersiya münasibətləri birjalar vasitəsi ilə uzlaşdırılırdı.

Sığortanın yaranması tarixi isə 1310-cu ildə Bryüqqe (Almaniya) şəhərində “Sığorta Palatası” təşkil olunması göstərilə bilər. Sözügedən palatanın yaradılmasında məqsəd tacirlər və sənətkar gildiyalarının üzvlərinin maraqlarının qorunması idi. Daha sonra Avropada sığorta işində növbəti ciddi addımlar Böyük Coğrafi Kəşflərdən sonra atıldı. 1468-ci ildə Venesiya dəniz sığortası kodeksi qəbul olundu. Məhz həmin vaxtdan etibarən dünya praktikasında peşəkar sığorta işçilərinin meydana gəldiyi iddia olunur. Sığortaçı sahibkar sığorta mükafatının ödənilməsi qarşılığında öz əmlakı ilə dəniz yolları ilə daşınan yüklərin təhlükəsizliyinə təminat verirdi. Əgər yüklər zərər görmədən nəzərdə tutulmuş məntəqəyə çatdırılardısa, müştəri tərəfindən ödənilən sığorta mükafatı sığortaçı sahibkarda qalırdı.

Azərbaycanda sığorta işi neftin sənaye üsulları ilə hasilatının təşkili və daşınması, bu istiqamətdə sahibkarlıq fəaliyyətlərinin canlanma sı ilə əlaqədardır. XIXəsrin axırlarında Azərbaycanın neft sənaye sinə xarici investorların cəlb edilməsi ilə,ilk neft və gəmiçilik şirkətlərinin yaranması ilə sığorta işinin təşkilinin mütəşəkkil xarakter almasına şərait yaranmış olur və bu zaman sənayeçilərin qarşılıqlı sığortası, yanğından sığorta, vətəndaşların şəxsi əmlakının sığortası geniş yayıldı.Məhz bu dövrdə Azərbaycanda əsasən dəniz gəmilərinin sığorta edilməsi üzrə ixtisaslaşmış ingilis şirkəti “Lloyd”un filialları, habelə “Rus Lloyd”un və Almaniyadan olan ingilis şirkətinin iki nümayəndəliyi, Rusiya və İranın sərhəd limanlarına qədər daşınan yüklərin sığortası ilə məşğul olan “Repman və Rust” ticarət evi ilə təqdim edilən “Şimali Alman Lloydu”, həmçinin gəmilərin və yüklərin sığortasını aparan “Alman, Livantiya xətti” Cəmiyyəti fəaliyyət göstərməyə başlayırlar və bütün bu işlərin təş-kilində rus şirkətlərinin rolu xüsusi ilə böyük olmuşdur. 1912-ci ilə aid tarixi məlumatlara görə artıq Bakıda 30 sığorta cəmiyyəti və agentliyi fəaliyyət göstərirdi və sığorta işində üstün mövqe, hegemonluq ingilis, alman, rus şirkətlərinə məxsus idi. Sözügedən şirkətlər Azərbaycanda yaratmış olduqları şirkətlərin filialları vasitəsi ilə söz sahibi idilər.

Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Sadə dillə desək Sığorta – gələcəkdə ehtimal olunan zərərin müəyyən dəyər qarşılığında qanunvericiliklə qadağan olunmayan risklərin əvəzinin ödənilməsidir.

Sığorta könüllü(kasko)  və icbari (məcburi) formalarda həyata keçirilə bilər.

Bu sığorta formalarının hər ikisi də ölkəmizdə geniş tətbiq olunur.

Sığorta üzrə ekspert, hüquqşünas İlkin İbrahimov

 

Related Post