Avtoreyd.Az Gündəm Təkərlərin qiyməti qalxdı – ƏN UCUZ XİDMƏT HARDADIR?

Təkərlərin qiyməti qalxdı – ƏN UCUZ XİDMƏT HARDADIR?


Avtomobilində qış şinlərini yeni yay şinlərinə dəyişmək istəyənlər xoşagəlməz sürprizlə qarşılaşacaqlar. Fins.az xəbər verir ki, MDB ölkələri üzrə bəzi şin istehsalçıları qiymətləri 4-9% bahalaşdırıb.
Marketoloqların açıqlamasına görə, buna səbəb yeni şinlərə olan tələbdir. “Tələb artır və buna görə qiymətlərdə artır. Bu o vaxta qədər davam edəcək ki, bazar dolandan sonra yeni mərhələyə keçid alacaq. Yeni mərhələ onunla bağlıdır ki, işlənmiş şinlərə qiymət də qalxacaq. Bu isə 1,5 – 2 ildən tez olmayacaq”.
Təkər şinlərinin qiymətinin artması xammalın dəyərinin artması ilə bağlıdır. Təbii kauçuk bu il 9% bahalaşıb. Lakin bazar mütəxəssisləri iddia edirlər ki, bu bəyanatlar əsassızdır. Çünki indi satılan yay şinləri köhnə qiymətlərlə alınan xammaldan düzəlir.
Ekspertlərin dediyinə görə, indi əksinə qış rezini almaq tövsyyə olunur. Avtomağazalar qalan mallar üçün yaxşı mövsümi güzəştlər təklif edir. Bundan başqa ekspertlər rezini gələcək üçün almağı məsləhət görmürlər. Çünki düzgün saxlanılma şərtlərinə riayət edilməsə, onlar xarab olur. İkincisi şinlərin qiymətinin xeyli bahalaşması gözlənilmir.
Onu da qeyd edək ki, Rusiyada rublun devalvasiyası avtomobil şinlərinin istehsalını çox rentabelli edib.
Qiymətlərə gəlincə, şinlərin yenilənməsi üzrə MDB ölkələri arasında ən yüksək qiymət Rusiyanın paytaxtı Moskva şəhərindədir: –  R14-ün 4 təkərində şinlərin dəyişməsi və balans 25 dollara başa gələcək. Belorusiyanın paytaxtı Minskdə analoji xidmət 5 dollar daha ucuz olacaq –  20 dollara.
Ən ucuz yeniləmə Bakıdadır – 8 dollar. Buna səbəb paytaxtımızda qışın çox sərt olmamasıdır. Ona görə də təkərlərin dəyişilməsinə tələb yüksək deyil.

Related Post

Sürücülərin nəzərinə!Bu küçədə yeni radarlar,nişanlar və nişanlama xətlərində dəyişiliklər var.Sürücülərin nəzərinə!Bu küçədə yeni radarlar,nişanlar və nişanlama xətlərində dəyişiliklər var.

AvtoReyd.Az xəbər verir ki,keçmiş Teymur Əliyev indiki Məmməd Araz küçəsində “Ramada” hotelin qarşısında yeni radar quraşdırılıb. Sürət həddi isə saatda 60 km müəyyən edilib. Atatürk prospekti tərəfdən daxil olduğunuz zaman sürət