Avtoreyd.Az Gündəm Yolda sürücülərin istifadə etdikləri siqnal və jestlərin mənasını bilirsinizmi?

Yolda sürücülərin istifadə etdikləri siqnal və jestlərin mənasını bilirsinizmi?

| | 0 Comments | 19:21

 

Qarşıdan gələn avtomobilin sürücüsü uzaq məsafə işıqlarını iki dəfə yandırıb-söndürməklə sizə irəlidə YPX-nın olduğunu bildirir.

Yuxarıya tuşlanmış barmaq və ya üzü yuxarı tutulan ovuclar avtomobilinizin yük yerinin açıq qalmasına işarə edir.

Əgər sürücü havada əli ilə dairə təsvir edirsə, bu o deməkdir ki, avtomobilinizin təkəri buraxıb.

Yol hadisələri zamanı qəza siqnalizasiyası ilə verilən işarə, hamı tərəfindən qəbul edilən minnətdarlıq jesti deməkdir.

Əlin qaldırması, eyni ilə bir dəfə yanıb-sönən qəza işıqları kimi təşəkkür əlamətini bildirir.

Əl ilə yanıb-sönən lampaya oxşar işarənin verilməsi bəzi sürücülərin alaqaranlıq  zamanı və ya günün qaranlıq vaxtı  faraları yandırmağı unutduqlarını bildirir. Bu işarə sürücüyə artıq həmin faralardan istifadə etməyin zamanının çatdığını xəbər verir.

Uzaq və yaxın faraların yanan işıqlarının növbə ilə dəyişməsi, sizin faralarınızın işıqlarının qarşıdan gələn avtomobilinin sürücüsünün gözünə düşdüyünü bildirir.

Əgər yolda  avtomobilin işıqları iki dəfə yandırıb-söndürülərsə, bu güzəşt olaraq sizə yol verildiyini bildirir. Yəni keçə bilərsiniz.

Əgər əllə avtomobilinizin qapısına işarə verilirsə, bu o deməkdir ki, görünür qapı yaxşı bağlanmayıb.

Əgər yolda sizə avtomobil siqnalı ilə müşayiət olunan işıqlarla uzunmüddətli  işarə verilirsə, bu sürəti azaltmağınızın lazım gəldiyini bildirir. Ola bilsin ki,  irəlidə qəza baş verib.

Related Post

BNA və əcnəbi mütəxəssislər nəqliyyatın idarə edilməsi sahəsini müzakirə edibBNA və əcnəbi mütəxəssislər nəqliyyatın idarə edilməsi sahəsini müzakirə edib

“Müasir meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir”. Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, məqsəd, bu sahədə