Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində taksi sürücüsü kimi fəaliyyət göstərən 1987-ci il təvəllüdlü Babayev Natiq Akif oğlu ilə sərnişin arasında dava düşüb.

Nəticədə sərnişin (hələlik adı açıqlanmır) N.Babayevə bıçaq xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.