Avtoreyd.Az Gündəm Hansı hallarda avtomobil idarə etmək olmaz

Hansı hallarda avtomobil idarə etmək olmaz

| | 0 Comments | 01:25

 

Sərxoş vəziyyətdə avtomobil  idarə edən sürücünün hər an kiminsə həyatına son qoymaq ehtimalının yüksək olduğunu hamı bilir. Lakin içki yol-nəqliyyat hadisəsinin müəyyən hallarda baş verməsinin səbəbi olmaya da bilər.

Spirtli içkidən başqa 5 əsas səbəb də var ki, sürücü bunlara mütləq əməl etməlidir. Yeri gəlmişkən, həmin səbəblər dünya təcrübəsi  və bir çox tədqiqat nəticəsində sübut edilib.

İlk növbədə, bu, sürücünün taqətdən, gücdən düşməyi ilə bağlıdır. Avropada belə bir şərt var ki, uzaq məsafələrə avtomobil sürən sürücülər dörd gün yarım ərzində,  45 dəqiqəlik fasilə vermədən avtomobildə qala bilməzlər. Lakin minik avtomobilinin sürücüləri üçün belə məhdudiyyətlər yoxdur, baxmayaraq ki, onlar da heç az yorulmurlar. Bunu da nəzərə almaq lazımdır.

Keçirilən çoxsaylı sınaqlar sübut edib ki, göstərilən normalardan artıq sükan arxasında əyləşməyin hər saatının sürücüyə təsir dərəcəsi alkoqol dozasına bərabərdir: 5-6 saat fasiləsiz sükan arxasında olan sürücünün verdiyi reaksiya bir stəkan araqdan sonra yaranan effektə oxşardır. 10 saat ərzində fasiləsiz uzaq məsafəyə avtomobil sürmək  qəza riskini 50% artırır.

Növbəti səbəb isə stress hesab edilir. Qəzəb, laqeydlik və ya əksinə,  həyəcan hissləri ilə üst-üstə düşdükdə, stress sürət həddindən asılı olmayaraq, təhlükəli manevrlərə, qırmızı işıqda keçməyə və ya sadəcə idarə etmədə laqeyd münasibətə səbəb ola bilər.

Dərman preparatlarının qəbulu da həmçinin  sürücünün səhhətinə təsir edə bilər.  Nəzərə almaq lazımdır ki, bir çox insan  dərman qəbul edərkən, qaydaları oxumur. Hətta öskürəyə qarşı sirop belə, sürücüdə süstlük yaradar və vaxtında reaksiya verməyin gecikməsinə səbəb ola bilər.

Sükan arxasına keçən xanım sürücülər üçün isə qadağalar arasında 4-cü yerdə mütəxəssislər hamiləliyi qeyd edirlər. Artıq təsdiq edilib ki, sükan arxasındakı hamilə qadının, digər sürücülərlə müqayisədə yol-nəqliyyat hadisəsi  törətmək ehtimalı riski 15 dəfədə  çoxdur.

Nəhayət, son səbəb. Artıq dərəcə xahiş olunur ki, üşütmə və yüksək temperatur zamanı sükan arxasına əyləşmək məsləhət deyil. Soyuqlamış sürücünün yolda verdiyi reaksiya, sərxoş vəziyyətdə avtomobil idarə edən şəxsdən heç də az fərqlənmir.

Related Post