Avtoreyd.Az Gündəm 20 yanvar dairəsində reyd: çoxlu sayda sürücü saxlandı – HADİSƏ YERİNDƏN(Video)

20 yanvar dairəsində reyd: çoxlu sayda sürücü saxlandı – HADİSƏ YERİNDƏN(Video)


Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda növbəti reyd keçirib. APA TV-nin məlumatına əsasən, reyd Bakı və Sumqayıt şəhərləri arasında qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı təşkil olunub:

Paytaxtın 20 yanvar metro stansiyasının ətrafında, “Şamaxinka” və 3-cü mikrorayon dairəsində həyata keçirilən tədbirlər nəticəsində onlarla belə sürücü aşkarlanıb və saxlanılıb. Maraqlıdır ki, qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərin hamısı bir nəfər kimi müxtəlif şirkətlərlə müqavilələri olduğunu və servis xidməti göstərdiklərini deyiblər.

Bununla  belə əməliyyat nəticəsində doğrudan da servis xidməti ilə məşğul olan sürücülərə də rast gəlinir.

Reyd zamanı nəqliyyat vasitələrini sürücülük vəsiqəsi olmadan idarə edən şəxslər də aşkarlanıb.

Avtomobili sənədsiz idarə edən bu sürücü isə heç nə olmayıbmış kimi çox rahat danışırdı.

Çəkiliş zamanı salonunda əlavə oturacaqlar quraşdırılan nəqliyyat vasitələri də aşkarlandı:

Bundan başqa istismara yararsız olan nəqliyyat vasitələri də polis əməkdaşları tərəfindən cərimə meydançalarına aparıldı:

20 yanvar dairəsində avtomobilləri qadağan olunmuş yerlərdə saxlayan sürücülər barədə də müvafiq tədbirlər görüldü.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev belə reydlərin mütəmadi keçiriləcəyini bildirib:

“Demişdik ki, həm qanunsuz fəaliyyət göstərən, həm də texniki cəhətdən nasaz fəaliyyət göstərən nəqliyyat vasitələri ilə sərnişin daşımalarına son qoyulsun və bu daşımalar xüsusilə şəhərlərarası yollarda yalnız avtovağzaldan avtovağzala təşkil olunmalıdır. Lakin, buna baxmayaraq bu gün də görürsünüz ki, hələ də belə fəaliyyətlə məşğul olan sürücülərin sayı çoxdur. Əlavə oturacaqlar qoyulan, texniki cəhətdən nasaz olan maşınlar var. Hətta, elə avtomobillər də var idi ki, onların şinlərinin protektorları demək olar ki, yoxdur, hansı ki, avtobuslarda ən azı 2 mm-dən az olmamalıdır. Sözsüz ki, bununla bağlı da bu gün müvafiq tədbirlər keçirildi və nasaz nəqliyyat vasitələri ilə sərnişin daşıyan, eləcə də konstruksiyasında dəyişiklik edən sürücülər inzibati məsuliyyətə cəlb olundu”.

Kamran Əliyev əlavə edib ki, dayanacaqlardan kənar yerdə sərnişin mindirib-düşürmə hallarına da qarşı mübarizə davam etdiriləcək:

“Əgər həmin nəqliyyat vasitəsi texniki cəhətdən nasazdırsa, o xəttə yenə çıxarsa yenə saxlanılacaq və həmin sürücü yenə məsuliyyətə cəlb olunacaq. Bu nəqliyyat vasitələri sürücüyə və ola bilsin ki, hansısa hüquqi şəxsə, hansısa şirkətə məxsusdursa, texniki nasaz maşınla sərnişin daşınmasına yol verilməyəcək. Yəni, bu fəaliyyətə son qoymaq lazımdır”.

http://www.youtube.com/watch?v=Ru9XvkeKBsM

Related Post

Sürücülərə şad xəbər: Cərimə meydançasından maşın çıxarmaq asanlaşdı (Video)Sürücülərə şad xəbər: Cərimə meydançasından maşın çıxarmaq asanlaşdı (Video)

Cərimələrini vaxtında ödəməyən sürücülərin avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına aparılır. Sonradan isə sürücülər cəriməni ödədikləri zaman avtomobili meydançadan çıxartmaq üçün onlardan xüsusi icazə tələb olunurdu. Bu isə əlavə vaxt