Avtoreyd.Az Hadisə Bakıda “Mercedes” və “KİA” toqquşub (FOTO+VİDEO)

Bakıda “Mercedes” və “KİA” toqquşub (FOTO+VİDEO)


Bakı. 14 aprel. REPORT.AZ/ Bakıda “Mercedes” və “KİA” toqquşub.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində sərxoş sürücü tərəfindən idarə edildiyi iddia olunan “Mercedes” markalı avtomobillə “KİA” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus xidməti avtomobil “Mercedes” markalı avtomobili təqib edib. Nəticədə “Mercedes”in sürücüsü idarəetməni itirərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (DYPİ) “Report”a bildirilib ki, məsələ ilə bağlı DYPİ-də araşdırma aparılır. Araşdırma nəticəsində məlum olub ki, idarədə ümumiyyətlə dövlət nömrə nişanı “90”la başlayan xidməti avtomobil yoxdur. “Mercedes” markalı avtomobili təqib etdiyi bildirilən 99-YP-353 dövlət nömrə nişanlı avtomobil isə hadisədən iki saat əvəl xidmətini başa vurub.

 

http://https://www.youtube.com/watch?v=Pq1DfLGvJtw

Related Post

Arnold Şvarseneqqer Tay turistlərinin qrup şəkildə çəkdirmək istədikləri fotonu korladı (Foto)Arnold Şvarseneqqer Tay turistlərinin qrup şəkildə çəkdirmək istədikləri fotonu korladı (Foto)

AvtoReyd.Az xəbər verir ki,məşhur amerika aktyoru Arnold Şvarseneqqer Eyfel qülləsinin fonunda Tay turistlərinin qrup fotosunu “korlayıb”. Dəmir Arnold onu tanımayan fotoqrafnan  əcnəbilərin qarşısında durub. 69 yaşlı Arnold şort, kamuflyaj gödəkcə və