2016-cı ildə ABŞ-da dronların satışı iki dəfədən çox artıb.
lent.az-ın “Hightech.fm”ə istinadən verdiyi xəbərə görə, bu barədə “NPD Group” tədqiqat şirkətinin hesabatında bildirilir.
Qeyd olunur ki, ən çox tələbat olan dronlar dəyəri 300 dollar olanlardır. Avtopilot və sahibini izləmə funksiyası olan dronlar daha çox satılır. Avtopilotu olan dronlar adi dronlardan 5 dəfə, sahibini izləmə (follow me) funksiyası olanlar isə 19 dəfə daha çox alınır.
Hazırda ABŞ-da 770 min qeydiyyatdan keçmiş pilotsuz uçan aparat mövcuddur. Proqnozlaşdırılır ki, 2025-ci ildə dronlar ABŞ-da 100 min yeni iş yeri yaradacaq. Çünki dron bazarı sürətlə artdığından, bu sahədə mütəxəssislərə də ciddi ehtiyac yaranır.