ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Apple şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verib. AvtoReyd.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Kaliforniyanın Nəqliyyat vasitələri departamentinin saytında məlumat yerləşdirilib. Saytda aprelin 14-nə artıq bu icazəni almış şirkətlərin siyahısı qeyd olunub. İcazəni almış şirkətlər arasında Apple-dan başqa Mercedes-Benz, Volkswagen Group of America, Google, Tesla Motors, Ford, BMW, Nissan, Honda və digər şirkətlər var.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.