Avtoreyd.Az Gündəm Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq

Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq


Bakı-Naxçıvan dəmir yolu Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisi barədə kredit sazişinin imzalanmasından 3 il sonra işə düşəcək.
AvtoReyd.Az “Trend”ə istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda həmin kredit sazişinin imzalanması üçün hazırlıq işləri aparılır: “Bu marşrut üzrə qatarlar hərəkətə başlayandan sonra demək olar ki, Naxçıvanın dəmir yolu blokadası aradan qalxacaq. Saatda 60 kilometr orta sürəti nəzərə alaraq Bakıdan Naxçıvana 28-30 saata çatmaq olar”.
C.Qurbanov qeyd edib ki, bu, həm Naxçıvana turist axınını artıracaq, həm də yükdaşımalarını asanlaşdıracaq.

Related Post

Sabaha olan hava proqnozuSabaha olan hava proqnozu

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AvtoReyd.Az-a verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən