Avtoreyd.Az Hadisə Qəbələdə avtomobil ağaca çırpılıb, bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb

Qəbələdə avtomobil ağaca çırpılıb, bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb


Qəbələ rayonunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə aprelin 15-i saat 3:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Qəbələnin Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1995-ci il təvəllüdlü Nəbiyev Fərid Rəşid oğlu idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə F. Nəbiyev hadisə yerində dünyasını dəyişib, avtomobildəki iki sərnişin, Vəndam qəsəbə sakinləri, 1996-cı il təvəllüdlü Həlimov Fərid Əlibala oğlu və 1991-ci il təvəllüdlü Niftəliyev Mübariz Qurbanəli oğlu ağır bədən xəsarətləri alaraq, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Komada olan Fərid Həlimov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Related Post

Paytaxtda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblarPaytaxtda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində

Türkiyədə baş verən yol qəzasında 8 nəfər ölüb, 8-i isə yaralanıb (Video)Türkiyədə baş verən yol qəzasında 8 nəfər ölüb, 8-i isə yaralanıb (Video)

Avtoreyd.az bildirir ki, hadisə Türkiyənin cənubunda, Kahramanmaraş əyalətində qeydə alınıb. Kahramanmaraş-Kayseri yolunda yük avtomobilinin mikroavtobusla toqquşması nəticəsində sərnişinlərdən 4-ü uşaq olmaqla, ümumilikdə 8 nəfəri dünyasını dəyişib, 8 nəfər isə yaralanıb. Mikroavtobusun