Avtoreyd.Az AvtoSığorta Ümumilikdə avtomobil sığortası haggında

Ümumilikdə avtomobil sığortası haggında


Ümumilikdə ölkəmizdə Sığortalı ilə sığortaçı arasındakı münasibətləri tənzimləyən  nəzarət qurumu Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması imkanı verən ilk publik hüquqi şəxs statuslu qurumdur.

Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizin qlobal iqtisadi arenada baş verən proseslərə çevik reaksiya verməsi Azərbaycan iqtisadiyyatı qarşısında maliyyə sektorunun dayanıqlığını təmin etmək və bu sahədə nəzarət tədbirlərini gücləndirmək kimi tapşırıqlar qoymuşdur.

Ölkənin qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin çevikliyinin və şəffaflığının təmin olunması, eyni zamanda bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi həmin tapşırıqların tərkib hissəsidir.

 

Könüllü(kasko) sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta müqaviləsinin bağlanması zamanı müəyyən olunur.

 İcbari (Məcburi) sığorta qanunun qüvvəsi ilə həyata keçirilən sığortadır. Məcburi sığоrtа dövlət tərəfindən qаnunvеriciliк əsаsındа həyаtа кеçirilməкlə cəmiyyətin mаrаqlаrının təmin еdilməsi üçün hüquqi və fiziкi şəхslərin sığоrtа еdilməsidir. Bu müvafiq sığortalanmış qrupların qəti müəyyən olunmuş sığorta ödənişinin həyata keçirilməsi deməkdir. Yəni maddi zərərlərin ödənilməsi və yaxud digər pul yardımı göstərilməsi lazım gəldikdə bu, təkcə konkret zərərçəkənin marağına deyil, ictimai marağa da xidmət edir. Başqa sözlə desək, sığortanın məcburi forması sığortaçını müdafiə edir. Ona görədə sosial sığorta, hərbi xidmətçilərin sığortası və digər bir neçə sığorta forması bizim ölkədə məcburi sığortadır. Hər bir ölkədə məcburi sığorta obyektləri müxtəlifdir.

İcbari Sığorta Bürosu barədə- “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli, 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən 19.10.2011-ci il tarixdə İcbari Sığorta Bürosunun təsis iclası çağırılmışdır. Büronun təsis iclasına “İcbari sığortalar haqqında” qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçılar çağırılmışlar.

Büronun təsis iclasında aşağıdakı məsələlər barədə qərarlar qəbul edilmişdir:

  • Büronun təsis edilməsi;
  • Büronun nizamnaməsinin təsdiq olunması;
  • Büronun fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, o cümlədən Büronun dövlət qeydiyyatına alınması məqsədilə müvəqqəti inzibatçının seçilməsi.

“İcbari Sığorta Bürosu” Azərbaycan Respublikası Ədliyyə Nazirlyində 2011-ci il 29 noyabr tarixdə dövlət qeydiyyatına alınmışdır. (şəhadətnamə N1111-Q38-3003)

İcbari Sığorta Bürosunun iştirakçıları aşağıda göstərilən icbari sığorta növlərini həyata keçirə bilərlər:

  • Daşınmaz əmlakın icbari sığortası
  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
  • Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası
  • Sərnişinlərin icbari fərdi qəza sığortası
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

İştirakçı sığortaçı ilə Büro arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər Büronun nizamnaməsində nəzərdə tutulur.

 

Sığorta üzrə ekspert-hüquqşünas

 İlkin İbrahimov.

Related Post