Avtoreyd.Az Gündəm Kimlər avtomobili daha yaxşı  idarə edir, qadınlar yoxsa kişilər?  

Kimlər avtomobili daha yaxşı  idarə edir, qadınlar yoxsa kişilər?  

| | 0 Comments | 05:40

 

Güclü cinsin nümayəndələrinin çoxu hələ də  sükan arxasında olan qadının sürücülük bacarığına şübhə ilə yanaşırlar. Lakin statistika göstərir ki, sükan arxasında xanım sürücü ilk baxışdan göründüyü kimi elə də təhlükəli deyil. Sözsüz ki, istər yolda, istərsə də həyatda kişi və qadınların davranışları fərqlənir, lakin dəqiq olanı odur ki, “pis” və “yaxşıya” bölünmür. Alimlərin apardıqları tədqiqatlar sükan arxasında kişi və qadının arasında olan fərqi çoxdan müəyyən edib.

Qadın sürücülərin zəif tərəfləri:

Yolda hərəkətlə bağlı olan bir çox məsələlər üzrə kişilərlə müqayisədə anında qərar qəbul etmək bacarıqları  elə də yaxşı inkişaf etməyib. Məhz kişi sürücülərin yolda hərəkət zamanı istiqaməti düzgün müəyyən etmək, sürət  həddini tənzimləmək, yolda baş verənləri vaxtında qiymətləndirmək bacarıqları, avtomobili idarə edərkən  aparıcı rol oynayır.

Qadın sürücülər kişilərlə müqayisədə daha tez yorulur və bu da onların işləmək qabiliyyətini və kritik vəziyyətdə düzgün qərar qəbul etmək bacarığını aşağı salır.

Qadın sürücülər daha passivdir və sürücülük bacarıqları ilə bağlı tənqidə həssas reaksiya verir, buna görə də səhvlərindən nəticə çıxarmırlar. O yerdə ki, kişi sürücü əvvəlki uğursuz təcrübəsini xatırlayaraq, dərhal qərar çıxardır, qadın sürücü avtomobili ilə hər dəfə yanlış istiqamətə yönəlir.

Həyəcan, bədgümanlıq və stressin digər  əlamətləri daha çox qadınlara xas olan bir şeydir. Qeyd  etmək lazımdır ki, qadın sürücülərin  təxminən 50 %-i sükan arxasında daha tez qocalır, nəinki  televizor qarşısında oturmaqla və ya  nəsə  toxumaqla.  Xanımlar böyük şəhərlərdə və günün qaranlıq vaxtı avtomobil idarə edərkən xüsusi ilə stress yaşayırlar.

Qadınların əksəriyyəti  sükan arxasında həyəcan  və gərginlik hissi keçirir. Alimlər sübut ediblər ki, xanımların çoxu avtomobili idarə etmək bacarıqlarını nümayiş etdirmək üçün kişilərlə rəqabətdə çox enerji sərf edirlər. Qadın sürücülər daim düşünür ki, bunu etməklə onlar bu işin öhdəsindən kişilərdən  heç də  pis gəlmədiklərini sübut edirlər.

Qadınların əksəriyyəti nizamlanmayan keçiddə “Kişi qadına yol verməlidirmi?” sualına müsbət cavab veriblər.İndi özünüz nəticə çıxardın.

Qadınlar digər  yol hərəkəti iştirakçılarıyla az ünsiyyət qururlar.

Qadın sürücülərin güclü tərəfləri:

Diqqətlərini çox tez bir zamanda bir obyektdən digərinin üzərində cəmləşdirə bilirlər.

Yaxşı müşahidəçilik qabiliyyətinə malikdirlər.  Kişilərlə müqayisədə qadınlar onlar üçün yeni olan ərazi və yolda demək olar ki, yol nişanlarına, yol göstəricilərinə və işıqfora 50 % daha sürətli reaksiya verirlər.

Sərxoş halda qadınların əksəriyyəti sükan arxasına keçmir. Statistikaya görə, sürücü xanımlar arasında aparılan sorğu zamanı hər on nəfər qadın sürücüdən yalnız biri içkili vəziyyətdə avtomobili idarə etdiyini deyib. Sorğu zamanı kişi sürücülərdən isə hər dördüncü nəfəri sərxoş halda avtomobil idarə etdiyini etiraf edib.

Qadınların özünəməxsus idarə etmə üslubu var:  onların avtomobili sağ  zolağa  daha yaxın hərəkət edir, sürəti nadir hallarda artırırlar.

Qadınlar sükan arxasında demək olar ki, risk etmirlər.  Aparılan sorğular göstərib ki, onlar yolla bağlı qızıl qaydaya güclü şəkildə əməl edirlər: “əmin deyilsənsə — ötmə”.

Avtomobillərinə heç vaxt təsadüfi sərnişini əyləşdirmirlər. Amma bildiyiniz kimi bu, heç də sürücülük bacarığıyla əlaqəli deyil.

Qadınlar güclü  intuisiyaya malik olduqları üçün çətin vəziyyətin yaranma ehtimalını əvvəlcədən hiss edirlər.

 

 

Related Post