Avtoreyd.Az Gündəm 120-lik yolda “kamikadze”lik edən DYP əməkdaşı – VİDEO

120-lik yolda “kamikadze”lik edən DYP əməkdaşı – VİDEO


ol polisi əməkdaşı sürücülərə təhlükəli anlar yaşadıb.

AvtoReyd.Az-ın məlumatına görə, hadisə şahidlərinin missiya.az-a göndərdiyi videoda yol polisi əməkdaşının xidmət avtomobili ilə yolun əks istiqamətində yüksək sürətlə hərəkət etdiyi öz əksini tapıb.

Hadisə Bakı-Qazax yolu, Qobustan rayonundan Sanqaçal qəsəbəsi istiqamətində baş verib.

Polis əməkdaşı hərəkət zamanı avtomobilin üzərindəki sayrışan işıqları yandırıb və yüksək sürətlə irəliləyib. Şahidlərin sözlərinə görə, öz yolu ilə hərəkət edən sürücülər polis avtomobilinin gəldiyini gördükdə təhlükəli manevrlər edərək ona yol verməyə məcbur olublar.

Polis əməkdaşının avtomobili hərəkətdə olduğu vaxt bir neçə müşahidə kamerasının altından da keçib. Qeyd edək ki, həmin yolda maksimal sürət saatda 120 km-dir.

Related Post

Avtomobillə insanlara ağır xəsarət yetirən sürücülər cinayət məsuliyyətindən azad oluna biləcəklərAvtomobillə insanlara ağır xəsarət yetirən sürücülər cinayət məsuliyyətindən azad oluna biləcəklər

Azərbaycanda avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirənlər cinayət məsuliyyətindən azad oluna biləcəklər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov APA-ya bildirib

Metronun “Sahil” stansiyasının təmirə bağlanacağı vaxt açıqlandıMetronun “Sahil” stansiyasının təmirə bağlanacağı vaxt açıqlandı

Avqustun 21-də səhər saatlarından metronun “Sahil” stansiyası təmirə bağlanır. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən AvtoReyd.Az-a verilən məlumata görə, təmir müddətində stansiyada quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe”