Avtoreyd.Az Avtoxəbər Çində yeni elektromobil istehsal olunub(foto)

Çində yeni elektromobil istehsal olunub(foto)

| | 0 Comments | 18:50

 

Çinin SAIC şirkəti Şanxayda baş tutacaq avtoşouda dörd oturacaqlı gələcəyin avtomobili olan Vision-E möhtəşəm elektrik krossoverini təqdim edəcək.

Vision-E krossoveri xarici görünüş baxımından qeyri-adi formalı yan şüşələməsi, böyür güzgülərin əvəzinə kameranın olması  və qapıların ənənəvi dəstəyinin yoxluğu ilə fərqlənir. Bundan başqa elektromobilin mərkəzi dayağı da yoxdur.

Salondakı dörd kreslo bütöv bir hündür tunellə bölünüb. Elektromobilin  interyeri,  bərabər döşəmə və işıq diodunun işıqlandırma çoxluğu ilə diqqət çəkir. Və həm də, qabaqda yerləşdirilən, eyni zamanda multimedia kompleksinin ekranı və digər sistemlərin idarəetmə orqanı qismində çıxış edən, böyük sensorlu ekranı ilə nəzərə çarpır.

Təxmin edilir ki, elektromobil Vision-E-nin gücü 500 kilometr gediş ehtiyatına malikdir. Elektromobilin rəsmi təqdimati  aprelin 18-də olacaq.

Related Post