Avtoreyd.Az Hadisə Şəmkirdə ağır qəza: 4 yaralı

Şəmkirdə ağır qəza: 4 yaralı


Bu gün Şəmkir-Gədəbəy avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, qəza yolun 13-cü km-də qeydə alınıb.

“Niva” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin – Şəmkir rayon Morul kənd sakini, 1959-cu il təvəllüdlü Zeynəb Salmanova və 1963-cü il təvəllüdlü Xanım Sadıqovanın vəziyyəti orta-ağır, digər iki nəfərin vəziyyəti isə normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

http://www.youtube.com/watch?v=oh_YV2Pedkw

Related Post

Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnibAvtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib

Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib. AvtoReyd.Az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət